İcra başçısı: “Hələ də bəzi sahələrdə problemlər qalmaqdadır”

0
79

2019-cu  ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə olunub.

 Mingəçevir Şəhər İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında 
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, şəhərin hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak ediblər.

Şəhər İcra Hkimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Başçı qeyd edib ki, iclası giriş nitqi ilə açan dövlət başçısı ölkə iqtisadiyyatının cari ilin birinci rübündə uğurla inkişaf etdiyini vurğulayıb və müxtəlif sahələrdə əldə olunmuş nailiyyətləri təhlil edib: ”Qeyd olunmuşdur ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 15,6 faiz artmışdır. Kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil etmişdir. 2019-cu ilin birinci 3 ayında əhalinin pul gəlirləri 5,5 faiz artmış, inflyasiya 2,1 faiz təşkil etmişdir. Ölkə istisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin 2,0 milyard dolları ölkənin qeyri-neft sektoruna yatırılmışdır.

Dövlət başçısı iclasda yekun nitqində xüsusi vurğulamışdır ki, 2016-cı ilin dekabr ayında müvafiq fərmanla təsdiq edilmiş, 2017-2020-ci illəri əhatə edən Strateji  Yol xəritələri uğurla icra olunur, aparılan islahatlar davam edir, hər bir sahə üzrə çox ciddi addımlar atılır.

Şəhərimizdə də Strateji Yol xəritələrində icrası nəzərdə tutulan bütün bəndlər üzrə işlər aparılır. Sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmış, vergi, gömrük və digər güzəştlərin verilməsində müvafiq köməkliklər göstərilir. Şəhərimizdə icbari tibbi sığorta sistemi pilot layihəsi tətbiq edilmişdir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməkdədir. Elektrik enerji sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda səmərəliliyin yüksəldilməsi istiqmətində aidiyyatı qurumlar tərəfindən tədbirlər həyata keçirilir”.

İcra başçısı görülən işlərlə yanaşı, hələ də bəzi sahələrdə problemlərin qaldığını vurğulayıb. Bildirib ki, hələ də şəhərin bəzi yeni yaşayış massivlərində şəbəkə olmadığı üçün elektrik enerjisi ilə təminatında problem yaranır. Şəhərin küçə və məhəllədaxili ərazilərində istifadəsiz beton-dəmir dirəklərin kifayət qədər olmasına baxmayaraq, onların götürülməsi çox ləng aparılır. Eləcə də vaxtilə səliqəsiz çəkilmiş kabellər şəhərin estetik görünüşünə xələl gətirir. Digər bir problem küləkli havalarda elektrik enerjisinin etibarlılığının olmamasıdır. Ümumiyyətlə, şəhərdə elektrik sisteminin yeraltı kabellərlə əvəz edilməsi haqqında təkliflər hazırlanmalıdır. Şəhər ərazisində Dövlət proqramı çərçivəsində içməli su sisteminin  yenidənqurulması üzrə işlər başa çatmışdır. Hazırda cari ildə kanalizasiya sistemində yenidənqurma işləri aparılır. Lakin fəaliyyət göstərən kohnə kanalizasiya şəbəkəsindəki qəzalar zamanı yaşayış binalarının zirzəmilərinə axan çirkab su axıntıları və  bu səbəbdən antisanitar vəziyyət əhalidə ciddi narazılıq yaradır.

Sonda başçı qeyd edib ki, ölkə rəhbəri tərəfindən regionların dinamik inkişafına göstərilən diqqət və qayğı, şəhərimizin timsalında çox aydın görünür. Mövcud müəssisələrdə modernləşdirmə və yenidənqurma işləri aparılır, yeni sosial təyinatlı obyektlər inşa edilir. 2019-cu ilin birinci rübünün yekunları və qeyd olunan problemlər daim şəhər İcra Hakimiyyətinin nəzarətindədir.  Nəzərdə tutulan işləri, qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün şəhər sakinlərini aparılan abadlıq və quruculuq işlərində yardımçı olmağa çağırırıq”.

 Daha sonra  şəhər həyatının və iqtisadiyyatının bütün sahələri üzrə yekunlar təhlil edilib. Qeyd olunub ki, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda, inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıblar.

Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov hesabat yığıncağında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Mingəçevirə böyük diqqət və qayğısı var: “Prezidentin qayğısı sayəsində   Mingəçevirdə görülən işlər, həyata keçirilən layihələr təqdirəlayiqdir. Mingəçevirdə aparılan işlər şəhər rəhbərliyinin təşkilatçılığı ilə mingəçevirlilərin öz şəhərlərinə olan böyük məhəbbətidir”.

Esmira Hidayətova, Mingəçevir