Mingəçevirli idmançı dünya və Avropa rekordçusu oldu

0
259

Azərbaycan Powerliftinq Yığma Komandası Avropa Çempionatındakı uğurlu çıxışını ulu öndər  Heydər Əliyevin anım gününə həsr edib. Belə ki, 10 may tarixində keçirilən WRPF versiyası üzrə Avropa çempionatında 16- dan çox dövlətin iştirak etdiyi yarışda ümumi komanda hesabında Azərbaycan yığma komandası 2 yerə layiq görülüb. Mükafatı APF –nin kapitanı Ramil Əhmədov qəbul edib.

Qalib və mükafatçı olan idmançılar və APF-nin prezidenti Ələddin  Əliyev, baş məşqçi Şəmsi Bayramov, məşqçi Azər Mustafayev və Azərbaycan Ağır Atletika İdman növü üzrə prezident mükafatçısı , dəfələrlə dünya,  Avropa Çempionu, Olimpiya oyunlarının iştirakçısı Nizami Paşayev bu qələbəni ulu öndərin anım gününə həsr ediblər. Bu yarışda mingəçevirli idmançı 75 kq- da Dünya vəAvropa rekordçusu Rövşən Xəlilov   birinçi yerə layiq görülüb. 75 kq- da mingəçevirli idmançı Rövşən Xəlilov  Avropa çempionu olmaqla yanaşı, həm də dünya və Avropa rekordu nəticəsi göstərib. O,bununla da yarışın Mütləq Çempionluğunda adını yazdıqmağı bacarıb.

Qeyd edək ki,Rövşən Xəlilov 4 qat Dünya, 3 qat Avropa çempionudur. Rövşən Xəliliov  Fövqəladə Hallar Nazirliyinin əməkdaşidır.

Esmira Hidayətova, Mingəçevir