Mingəçevirdə daha bir nümunəvi məhəllə sakinlərin ixtiyarına verildi

0
220

Mayın 10-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhərin hüquq-mühafizə orqanları Yadigar Mənsurov küçəsindəki 9,11,13,15 saylı və Naxçıvan küçəsindəki 42 saylı yaşayış binalarını əhatə edən ərazidə yeni yaradılan nümunəvi məhəlləyə baxış keçiriblər.

Şəhər rəhbəri İlham İsmayılov yaradılmış şəraitlə tanış olub, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərin davam etdiriləcəyini bildirib. Şəhər başçısı qeyd edib ki, bu yaşayış massivində yaradılan 6-cı məhəllədir. Məhəllədə yaşayış binalarının fasad hissələri rənglənib, blokları əsaslı təmir olunub, müasir pəncərə çərçivələri, şüşəbəndlər quraşdırılıb, giriş qapıları dəyişdirilib, yaşıllıq sahəsi yaradılıb, onlarla şam, küknar, çinar ağacları əkilib. Vətəndaşların istirahəti üçün oturacaqlar qoyulub, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb.

Esmira Hidayətova, Mingəçevir