Paşinyanı niyə “Qara siyahı”ya salmırıq?

0
21

Məlum olduğu kimi, Dağlıq Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşları Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən “Qara siyahı”ya salınır və onlar Azərbaycan üçün “Arzuolunmaz şəxs”lər hesab olunurlar. alpaninfo.com yeniavaz.com-a istinadənxəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu il işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edən 2 nəfərin adını “Qara siyahı”ya salıb. Bunlar Livanın turizm naziri  Avedis Kedanyan və Böyük Britaniyanın “Halo Trust” adlı QHT-nin proqram rəhbəri Çarls Foulidir.
Məlumat üçün bildirək ki, bu il həm Ermənistan, həm də digər ölkələrin mətbuatında Dağlıq Qrabağa səfər edənlərin arasında İsveç və Fransa vətəndaşlarının da olduğu barədə məlumatlar yer alıb.  Belə ki, bu il İsveçin Lund Universitetinin müəllimi, dünyada soyqırımların tarixini araşdıran Svante Lundqren seperatçı rejimin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib. Bundan başqa  Fransadan bir qrup həkim Qarabağa qanunsuz səfər edərək, tibb mərkəzlərindən birində xəstələr üçün əməliyyatlar həyata keçiriblər. Ancaq, həmin şəxslərin adı nazirliyin tərtib etdiyi “Qara siyahı”da yer almayıb. Eyni zamanda bu il Ermənistan vətəndaşlarının, o cümlədən də bu ölkənin baş naziri Nikol Paşinyanın da Dağlıq Qarabağa səfərləri olub və onların da adı “Qara siyahı”ya salınmayıb.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Dağlıq Qarabağa səfər edən Ermənistan vətəndaşlarının “Qara siyahı”ya salınmamasının səbəbi, Dağlıq Qarabağ və ətraf bölgələrinə məhz Ermənistan ordusunun nəzarət etməsidir: “İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında, Ermənistanın təcavüzkar siyasəti və ölkəmizin beynəlxalq tanınmış ərazilərini işğal etməsi səbəbindən diplomatik münasibətlər mövcud deyil. Beynəlxalq səndlərdə də təsdiq edildiyi kimi, Ermənistan ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində nəzarəti həyata keçirir.
“Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı” na gəldikdə isə burada söhbət ölkəmizin diplomatik münasibətlər qurduğu və ölkəmizə giriş-çıxış qaydaları ikitərəfli şəkildə müvafiq qanunlarla tənzimlənən ölkələrdən və onların vətəndaşlarından gedir”.
Qarabağa səfər edən əcnəblərin siyahısı aşağıdakı linkdə yer alıb:
http://www.mfa.gov.az/folder/file/qanunsuz_seferler.pdf