Paşinyan Qarabağ problemini həll etmək niyyətində deyil

0
82

Təəssüf ki, Ermənistanın indiki hakimiyyəti, baş nazir Nikol Paşinyan və komandası eynilə onlardan əvvəl olan rəhbərlərin səhvlərini təkrarlayır. alpaninfo.comxəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Nikol Paşinyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, Şuşa şəhərinə qanunsuz səfərinə və bunun münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinə mümkün təsirlərinə münasibət bildirərkən deyib.

S.Seyidov qeyd edib ki, bu siyasət nə qədər davam etdiriləcəksə, Ermənistan bir o qədər öz-özünü regionun, dünyanın və sivilizasiyanın müasir inkişafından uzaq salacaq.

“Təəssüflər olsun, bu gün biz görürük ki, Paşinyan ikili və regiona sülh gətirmək, Qarabağ problemini həll etmək niyyətində olan siyasət aparmaq fikrində deyil.

Düzdür, bəyanatlar verir, ancaq həmin bəyanatların altında konkret addımlar tamam başqa istiqamətə yönəlir.

Bir dəfə demişəm, yenə də qeyd etmək istəyirəm ki, bu addımlardan, belə avantürist hərəkətlərdən o, Azərbaycanı yox, özünü daha çox çətin, daha kəskin bir duruma gətirib çıxaracaq.

Paşinyan nə qədər bu siyasəti davam etdirəcək, nə qədər Azərbaycan torpaqlarından öz işğalçı əsgərlərini çıxarmaq niyyətindən uzaq olacaq, problemləri də bir o qədər çox və uçuruma daha yaxın olacaq”, – deyə, S.Seyidov sözlərinə əlavə edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimə qatılıb. Daha sonra o,  Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub, “Yallı” gedib.

Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Azərbaycan XİN hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünə dair bəyanat yayıb.

T

Yeniavaz.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Nikol Paşinyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, Şuşa şəhərinə qanunsuz səfərinə və bunun münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinə mümkün təsirlərinə münasibət bildirərkən deyib.