“Dini fənnin tədrisi nəzərdə tutulmayıb”

0
84

Təhsil naziri Ceyhun Bayramov məktəblərdə dini dərslərin keçirilməsi məsələsinə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan təhsil standartları qanunvericiliyinə əsasən, dini fənnin tədrisi nəzərdə tutulmayıb:

“Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahədə məlumatların verilməsi dini tədris deyil. Sadəcə olaraq müxtəlif dinlərə bağlı məlumatlar verilir”.

“Dinlə bağlı məlumatlara həm tarix dərsliklərində, həm də “Həyat bilgisi” fənnində rast gələ bilərsiniz. Burada yenilik yoxdur. 2018-ci ildən etibarən, yeni kurikulum tədris edilən müddətdən bu dinlə bağlı bilgilər adlarını çəkdiyim dərsliklərdə verilir. Dinin tədrisinə dair yeni bir fənnin orta məktəblərdə tədrisi nəzərdə tutulmayıb”, – deyə nazir qeyd edib. (Oxu.az)