Ərdoğan: “Burada bir hiylə var”

0
57

“Bu günədək danışmadım, həmişə susdum, artıq bəsdir. Burada bir hiylə var, bu, açıq şəkildə ortadadır”. Bnu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul seçkiləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, İstanbulda xalqın seçkidə verdiyi səsi izləmək, onun nəticəsini qorumaq məcburiyyətindədir: “Səs fərqi 13 minədək düşürsə, deməli burada sui-istifadə halları var. Vətəndaşım mənə deyir ki, bu seçki yenilənməlidir. Dünyanın bir çox yerində yarım faizlə qalib gəlinən yerlərdə belə seçkilər yenilənib. Ali Seçki Komissiyası 1966 və 1999-cu illərdə buna bənzər qərarlar verib. Bu günədək danışmadım, həmişə susdum, artıq bəsdir. Burada bir hiylə var. Millətə gedək, milli iradə necə qərar versə, başımız-gözümüz üstünə qoyub qəbul edərik”.