Teatrşünas-tənqidçi: “Düşünmək vaxtı çoxdan catıb”

0
284

Gəncə Dövlət Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas-tənqidçi Anar Bürcəliyev bəzi region teatrlarında yaşanan problemlərdən söz açıb. O deyib:

-Teatrlarda tamaşaçı qıtlığı yaşanır. Bu gün respublikamızda 27 adda Dövlət statusu adını daşıyan teatrlarımız var. Bu teatrların inkişaf etdirilməsi, repertuar siyasətinin zənginləşdirilməsi, eləcə də formalaşdırılması başlıca şərtlərdəndir. Ölkə rəhbəri, möhtərəm cənab Prezidentimiz İlham Əliyev də bu sahəyə hər zaman diqqət və qayğısını əsirgəmir. Mədəniyyət və incəsənət xadimləri ilə olan son görüş və bu görüşdən sonra bu sahədə calışan şəxslərin əmək haqlarının əhəmiyyətli dərəcə artırılması, iki dövlət teatrına “akademik” teatr statusunun verilməsi, həmçinin bütün dövlət teatrlarının maddi-texniki bazasının güçləndirilməsi məqsədilə vəsaitlərin ayrılması deyilənlərin baris nümunəsidir. Bütün bunlara baxmayaraq, xüsusi olaraq region teatrlarında əsaslı olaraq islahatların aparılmasına xüsusilə repertuar siyasətinin tənzimlənməsinə bu sahədə baş verən neqativ halların aradan qaldırılmasına ehtiyac var. Bu gün regionda demək olar ki, yaxın məsafədə yerləşən iki dövlət teatrının eyni pyes üzərində eyni quruluşçu rejissor (əgər rejissor adlandırmaq mümkünsə) tərəfindən təkrar traktofkasında hər hansısa bir əsərin hazırlanmasına nə ehtiyac var? Maraqlıdır ki, bununla kimin gözünə kül üfürməklə guya ki, yaradıcılıq işinin aparılmasını göstərmək istəyirik? Təkrar quruluşlarda olan hazırlanan ştampovka tamaşalar hansı teatrsevəri bu mədəniyyət oçağına cəlb edə biləçək? Düşünmək vaxtı çoxdan catıb, məncə!!!”

Esmira Hidayətova, Mingəçevir