Sakinlər problemləri sadaladılar, başçı da…

0
183

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısıi bu dəfə şəhərin U. Hacıbəyov, M.Maqomayev, R.Rza, Şəhriyar küçəsinin sakinləri ilə görüş keçirib.  Görüşdə Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən hər bir səyyar görüş vətəndaşları narahat edən problem və çətinliklərin həlli istiqamətinə yönəlib. O qeyd etdi ki, dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirdə də genişmiqyaslı quruculuq işləri reallaşır. Sakinlərin rifahının yaxşılaşdırılması da hər zaman diqqət mərkəzindədir.

Daha sonra mikoronof yaxınlaşan sakinlər üzləşdikləri problemləri dilə gətiriblər. Sakinlərin bir qismi bildirib ki, hazırda M.Maqomayev küçəsindən avtovağzala getmək üçün iki marşrut avtobosundan istifadə etmək məcburiyyətindədirlər. Bu isə həm onların büdcəsinə təsir edir, həm də vaxt itkisinə səbəb olur. Sakinlərin bəziləri isə  yağışlı günlərdə bəzi binaların mənzillərinə su dammasından, binalarının zirzəmilərindəki çirkab suyun anti-sanitar vəziyyət yaratmasından,  ağacların budanmamasından, bina qarşısındakı oturacaqların sıradan çıxmasından, zibil maşınlarının vaxtlı-vaxtında gəlməməsindən, sahibsiz itlərin insanlara təhlükə yaratmasından söz açıblar.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan hər bir problemin həlli istiqamətində tədbirlər görüləcəyini bildirərək, görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.

Esmira Hidayətova, Mingəçevir