Ərdoğan: “Biz arxivlərimizi açdıq”

0
90

Erməni məsələsi və terrorçuluqla mübarizə üzərindən Türkiyəyə insan haqları və demokratiya dərsi verməyə çalışanların qanlı keçmişi var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, səlib yürüşüləri dövründə 4 milyon insanın ölümünün səbəbkarı nə türklərdir, nə də müsəlmanlardır: “Soyqırımdan danışanlar Avropadakı yəhudi ovunu xatirələrindən silmiş vəziyyətdədirlər. Axısqa türklərini qatarlarla ölümə göndərənləri unutmadıq, unutmayacağıq. Liviya və Əlcəzair çöllərində günahsız insanların fəryadlarını bu gün də duyuruq. Fransa Prezidentinə dedim: hələ bu işlərdə yenisən, Əlcəzairdə, Ruandada törətdiyiniz qətliamları bilirəm. 25 il əvvəl Ruandada 800 min insanın soyqırımında kimlərin öldürdüyü məlumdur və fransızlar törədiblər. Fransızlar indi bizə dərs vermək istəyir”.

R. T. Ərdoğan bildirib: “Biz arxivlərimizi açdıq. Ey Ermənistan, sənin də var, siz də açın, üçüncü ölkələrdə varsa, onlar da açsın. Tarixçilər gəlib çalışsınlar. Sonra siyasətçilər olaraq bizlər danışaq. Həqiqəti tapmaq istəyən hər kəs üçün arxivlərimiz sonadək açıqdır. Erməni məsələsini qaşıyan heç bir qrup və dövlət iddialarını arxivlərlə sübut edə bilməyib”