Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

0
169

 Mingəçevir “Asan Peşə“ Təhsil Mərkəzində yol hərəkəti qaydalarının təbliği ilə bağlı uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün tələbələrin və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirə Mingəçevir Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov da dəvət edilib.

Tədbiri peşə məktəbinin direktoru İlham İlyasov açaraq qeyd edib ki, əsas məqsəd baş verə biləcək yol qəzalarında uşaq və yeniyetmə gənclər arasında ölüm və xəsarət alma hallarının sayını  sıfıra endirməkdir. Bununla bağlı yeniyemə gənclərə ətraflı məlumatlar verilib.

Mövzu ətrafında məkəbin müəllimlərindən – Lalə Zöhrabzadə, Şahənə Rüstəmova, tələbə Şəhriyar Mirzəyev çıxış ediblər. Daha sonra  Xətai Məmmədov gənclərə  piyada keçidlərindən istifadə etmələri, işıqfordan keçərkən diqqətli olmalarını tövsiyə edilib və necə hərəkət etmələrini izah edib.

Polis əməkdaşı müəllimlərlə də maarifləndirmə işləri aparıb. Qeyd edilb ki, müəllimlər də şagirdlərlə yollarda təhlükəsizliklə bağlı söhbətlər aparmalıdırlar. Tədbir zamanı şagirdlərə yol-nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlardan bəhs edən videoroliklər də nümayiş olunub. Görüntülər əsasında şagirdlərlə yol polisləri arasında maraqlı diskussiya təşkil edilib.

 Esmira Hidayətova, Mingəçevir