Mingəçevirli Cavidin uğuru

0
392

Cavid Əlizadə Mingəçevirdə doğulub boya-başa çatıb. Mingəçevir Texniki Liseyinin rus bölməsində təhsil alıb. Sonra isə təhsilini  Mingəçevir şəhər Texniki Humanitar Liseyin eksperimental pilot siniflərində davam etdirib. Bu gün 19 yaşlı bu gənc dünyanın ən tanınmış gəncləri sırasındadır. Belə ki, o, Böyük Britaniyanın İmperial Kollecinə qəbul olunub və ona ən yüksək təqaüd təklif edilib.

Cavid Əlizdə bildirdi ki, 9-cu sinfi Mingəçevirdə bitirdikdən sonra valideynlərinin xeyir-duası ilə Böyük Britaniyaya üz tutub: ”Xaricdə oxumaq uşaqlıq arzum olub. Bu da elmə böyük marağımdan irəli gəlib. Onu da deyim ki, xaricdə təhsil almaq heç də asan deyil. Amma mən bununla bağlı çətinlik yaşamamışam. Mən Böyük Britaniyanın top məktəblərindən sayılan “Cardiff Sixth Form College”ində oxumuşam, Oraya  qəbul olmaq da, orada oxumaq da asan deyil. Çox savadlı uşaqlarla əhatələnmişdim, rəqabət həddən artıq çox idi, bu da insanı daha çox çalışmağa vadar edirdi”.

 

Cavid daha sonra vurğulad ki, bütün əməliyyatları özü həyata keçirib: “Heç bir qurumun, agentliyin yardımından istifadə etməmişəm. Mart ayının axırında da həm qəbul, həm də təqaüd qərarı çıxdı. Təkliflər Böyük Britaniyadan, Avstraliyadan, Amerikadan, Türkiyədən gəlib”.

Cavidin məqsədi  harda təhsil almağından asılı olmayaraq ölkəmizi Azərbaycanı layiqincə təmsil etməkdir: “Hələ seçimimi etməmişəm. Hər şeyi nəzərə almağa çalışıram. Hələ ki, Amerika variantı haqqında düşünürəm. Çünki buradakı “Lafayette Kolleci” təqaüd kimi 74 min dollar təklif edir. Amma mən daha çox elmə meylliyəm. Bir neçə dil bilirəm. Ümumiyyətlə, oxuduğum sahədən və getdiyim ölkədən asılı olmayaraq məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir”.

Esmira Hidayətova