Nil Armstronqun Aya endiyini  şübhə altına alan 10 fakt

0
421

ABŞ 21 iyul 1969-cu ildə Aya ilk ekspedisiya göndərən dövlət kimi tarixə düşüb. Ancaq o dövrdən bu günə kimi bir çox araşdırmaçılar həmin ekspedisiyanın ABŞ-ın bir yalanı olduğunu iddia edirlər. Bu iddianı sübut etmək üçünsə, bir neçə dəlil irəli sürülüb. Həmin dəlilləri sizə təqdim edirik.

1. Dalğalanan bayraq: Aya endikləri zaman Buzz Aldrin və Nil Armstronq adlı kosmonavtların dalğalanan bayrağı yerə sancmaları video lentə yazılıb. Lakin Ayda küləyin əsmədiyini və atmosferin olmadığını nəzərə alsaq bayrağın dalğalanması yalanın ilk sübutudur.

2. Ayın səthində eniş çuxurunun olmaması: Bildiyi kimi, kosmik gəminin endiyi yerin səthində krater əmələ gəlir. Lakin nə çəkilən fotoşəkillərdə, nə də video görüntülərdə belə bir kraterə rast gəlinir. Hətta Ayın səthini əhatə edən toz örtüyündə belə heç bir dəyişiklik müşahidə olunmur.

3. Birdən artıq işıq mənbəyi: Ayın yeganə işıq mənbəyi Günəşdir. Buna görə də, bütün fotoşəkillər və video görüntülərdə kölgələr bir-birinə paralel olmalıdır. Lakin şəkillərdə bəzi əşyaların kölgələrinin fərqli yönlərə düşdüyü müşahidə olunur. Bu da görüntünün Aydan daha çox çəkiliş meydançasında çəkildiyi fikrini ortaya çıxarır.

4. “Van Allen” radiasiya qurşaqları: “Van Allen” radiasiya qurşağı dünyanın maqnit sahəsi ilə eyni nöqtədən Yer kürəsini əhatə edir. Elm adamları Aya getmək üçün kosmonavtların buradan keçməli olduqlarını bildiriblər. Burada radiasiya səviyyəsi yüksək olduğundan astronavtlar həmin bölgədən keçərkən şüanın təsiri ilə onların dərilərinin rəngləri qızarmalı idi. Lakin heç bir kosmonavtda belə bir hala rast gəlinməyib.

5. İzahı olmayan əşya: Şəkillərin birində çəkiliş meydançalarında istifadə olunan işıqlandırma cihazlarına bənzər əşyanın şəkli kosmonavtın skafandrının qoruyucu şüşəsində əks olunub. Amma fotoşəkil köhnə və keyfiyyətsiz olduğundan bu barədə qəti fikir söyləmək mümkün deyil.

6. Asta yerimək və gizli kabellər: Kosmonavtların videodakı yerimə tempini 2,5 dəfə artırıldıqda, dünyadakı ilə eyni sürət olduğu ortaya çıxıb. Araşdırmaçılar videodakı kosmonavtların sıçrayışlarını da kabellərin köməyi ilə etdiklərini bildiriblər.

7. Ulduzun olmaması: Ayda buludun olmaması ulduzların daha aydın görünməsini təmin edir. Lakin nə video lentdə nə də fotoşəkillərdə bir dənə də olsun ulduz görünür.

8. “C” qayası: Fotoşəkillərdə üzərində “C” hərfi yazılan kiçik qaya parçasına rast gəlinir. Qaya parçasının üzərinə bu yazının təbii yolla formalaşması mümkün olmadığından bunun da çəkiliş dekorlarından biri olduğu güman edilir.

9. Müsbət işarəsi: Məlum olduğu kimi kosmonavtların istifadə etdiyi kameralarda müsbət işarəsi ölçünü göstərir. Lakin bu şəkillərdə işarənin əşyanın ön hissəsində deyil arxa hissəsində olması şəklin sonradan hazırlandığını göstərir.

10. Səthin eyni olması: Ayda çəkilən müxtəlif fotoşəkillərdə arxa fonun eyni olması şübhə doğuran digər məqamlardandır. Belə ki, Ayın müxtəlif yerlərində çəkilən şəkillərdə səthlər fərqli olsa da, arxadakı təpələrin forması və düzülüşü eynidir. Araşdırmaçılar buna əsaslanaraq NASA-nın Ayda çəkilmiş videolarda belə eyni arxa fondan istifadə etdiklərini iddia edirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here