Professor “azəri” kəlməsinin istifadəsinin doğru olmadığını bildirib

0
14

“Ermənilər urartuların ulu babaları olduğunu iddia edirlər. Ermənilər Anadoluya Qərbdən, Balkanlardan gəliblər. Onların urartularla əlaqəsi yoxdur. Urartuların çeçenlərlə bağlantısı olduğu ehtimalı daha yüksəkdir, ancaq onların Qafqazdan Anadoluya yoxsa Anadoludan Qafqaza getdiyi bəlli deyil”. Bu fikirləri Heydər Əliyev Mərkəzində çıxışı zamanı tarixçi alim İlber Ortaylı deyib. Professor ermənilərin Qafqaza sonradan gəldiyini vurğulayıb: “18-ci əsrə qədər bu regionda ermənilərin sayı çox az olub. Qafqazda çoxluq təşkil edən xalq və dil heç şübhəsiz türklər və türkcədir. Burada Oğuz ləhcəsində danışılır”

İ.Ortaylı Azərbaycan və Türkiyənin bir-birinə yaxın iki Türk dövləti olduğunu, bir mədəniyyətin parçası olduğunu bildirib: “Heydər Əliyev əlaqələrimizi çox gözəl müəyyən edib. Bir millət, iki dövlət. Biz bir mədəniyyətin parçasıyıq. Bu mədəniyyətin çox rəngləri var. Zəngin tarixi keçmişə sahibik. Türklər dövlətsiz yaşaya bilməz. Dövləti əl üstündə tutmalıyıq”.
Professor azəebaycanlılar üçün “azəri” kəlməsinin istifadəsinin doğru olmadığını vurğulayıb: “Azəri sözü Türkiyədə cəhalətdən deyilir. Bu sonradan ortaya atılan sözdür. Buranın xalqı türkdür”.