Somaya yardım kampaniyasında iştirak edənlər mükafatlandırıldı

0
320

“Türkiyədə Soma vilayətində yaşanan faciə hər bir türk ailəsinin hüznünə çevrildi. Faciəyə Azərbaycan da böyük diqqət ayırdı. Bu, Azərbaycanın qardaş ölkə kimi həm sevincdə, həm də kədərdə Türkiyənin yanında olduğunu bir daha göstərdi”. Bu sözləri Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciənin qurbanlarına yardım kampaniyasında iştirak edənlərin mükafatlandırılması mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.

Səfir bildirib ki, faciənin acısının yeni olduğu bir zamanda telefonla zəng edən, səfirliyə gələn və faciə qurbanlarının yaxınlarına, ailələrinə maddi və mənəvi yardım edən həm Azərbaycan rəsmiləri, həm də sıravi vətəndaşlar Türkiyənin acısını sahibləniblər: “Bu, bizə doğrudan da qürur hissi yaşatdı”.

Azərbaycan Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan yardım kampaniyasında xeyli insanın iştirak etdiyini söyləyib: “Qərara aldıq ki, Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə bu kampaniyaya başlayaq. Cəmiyyət kampaniyanı çox uğurla başa çatdırdı. Bunun nəticəsidir ki, bu gün bu zalda iştirakçıların mükafatlandırılmasında Türkiyənin Qızıl Ay cəmiyyəti də iştirak edir”.

Mərasimdə kampaniyada fəal iştirak edən millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri mükafatlandırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here