Bəxtiyar Məmmədov: “Metroda qatarların gecikməsinə əsas səbəbi…”

0
45

Bu il Bakı metrosuna 6 yeni qatar alınacaq. Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-ə bildirib.

Onun sözlərinə görə, eyni zamanda istehsal müddəti bitən qatarlar isə xətdən kənarlaşdırılacaq.

Bundan başqa, metro rəsmisi bildirib ki, bu il ərzində Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə uyğundur.

Eyni zamanda, Bəxtiyar Məmmədov metroda qatarların gecikməsinə əsas səbəbi elə sərnişinlərin olduğunu bildirib: “Qatarların qapılarını tutub saxlayırlar. Bununla da, hər stansiyada bir neçə saniyə ləngimələr, ümumi qrafikə təsir edir. Eyni zamanda, bu hal qatar qapılarında problemlərin yaranmasına səbəb olub. Qapı silindrləri 2,8-3,2 atmosferə hesablanıb. Onu saxlayanda bir sıra mexanizmlər sıradan çıxır”.