“Beşiktaş” “Başakşəhəri” məğlub edib

0
73

Aprelin 13-də futbol üzrə Türkiyə Superliqasında XXVIII turun mərkəzi görüşündə “Başakşəhər” səfərdə “Beşiktaş”ın qonağı olub.A“Vodafon Park” arenada baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 35-ci dəqiqəsində “Başakşəhər”in braziliyalı hücumçusu Robinho hesabı açıb. Lakin meydan sahibləri 42-ci dəqiqədə Atiba Hutçinsonun vurduğu qolla hesabı bərabərləşdiriblər. Birinci hissə 1:1 hesab ilə başa çatıb.

İkinci hissənin 52-ci dəqiqəsində Burak Yılmaz “Beşiktaş”ı hesabda önə keçirib. Bu qol oyunda vurulan son qol olub. Beləliklə “Beşiktaş” doğma meydanda lider “Başakşəhər”i 2:1 hesab ilə məğlub edib.

Günün daha bir görüşündə “Konyaspor” və “Sivasspor” klubları qarşılaşıblar. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Rizəspor” klubu isə “Göztəpə” komandasına doğma meydanda 1:0 hesabı ilə qalib gəlib.

Bu oyundan sonra “Beşiktaş” turnir cədvəlində 53 xalla 3-cü pillədə qərarlaşıb. “Başakşəhər” isə 61 xalla liderdir.

Turun digər oyunları aprelin 14-də və 15-də keçiriləcək.