Mingəçevir Turizm Kollecində “Aprel döyüşləri” muzeyi yaradılacaq

0
130

Mingəçevir Turizm Kollecində “Aprel   zəfəri Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı tədbir keçirilib.Düşmən üzərində tarixi aprel zəfərinin növbəti ildönümü münasibətilə kollecdə təşkil olunan anım tədbirində Mingəçevirli aprel şəhidlərinin doğmaları-kiçik çavuş  Rüstəm Əhmədovun atası Oruc Əhmədov və anası Saqibə Əhmədova,gizir  Teymur Qasımovun anası Gülnarə Qasımova və  döyüşçü Rahim Tağıyevin həyat yoldaşı  Vüsalə Tağıyevə, həmçinin çoxsayda dəvətli qonaqlar iştirak edib.

 Öncə hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı tədbir meydanına gətirilib və ardınca iştirakçılar tərəfindən Dövlət Himni canlı ifa olunub.

Daha sonra tədbir iştirakçılarına üz tutan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan Ordusunun   aprel döyüşləri və  bu savaşda Azərbaycan oğullarının göstərdiyi  qəhrəmanlıqdan  ətraflı söhbət açıb:

“Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsidir.Ali Baş komandan, prezident cənab İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan Ordusu bu zəfər döyüşündə düşmənə layiq olduğu zərbəni vurmaqla yanaşı,  düşmən tapdağı altında olan ərazilərimizin  böyük bir hisssəsini düşmən əsarətindən azad etdi.Böyük itkilər verən düşmən ordusu pərakəndə və acizanə şəkildə  qəhrəman Azərbaycan Ordusunun önündən qaçmağa başladı.Bu döyüşlər bir daha  milli ordunun  gücləndirilməsi istiqamətində dövlət başçısı tərəfindən həyata keçirilən məqdsədyönlü fəaliyyətin bariz nümunəsi kimi tarixləşdi.Doğrudur şəhidlər də verdik.Amma qürur mənbəyimiz olan şəhidlərimizin qəhrəmanlığı sayəsində  düşmən yüzlərlə zabitini, əsgərini və hərbi texnikasını itirdi. Şəhidlərimizin bu qəhrəmanlığı xatirələrdə dərin iz buraxacaq və heç vaxt unudulmayacaq”

Daha sonra hərbi geyimli tələbə özfəaliyyət  qrupunun ifasında hərbi  marşlar və döyüş nəğmələri təqdim olunub.

Tədbirdə iştirak edən  şəhid döyüşçülərin doğmaları Oruc Əhmədov, Vüsalə Tağıyevaövladları və həyat yoldaşları ilə bağlı ən xoş xatirələrini paylaşıb hər kəsi aprel şəhidləri kimi  döyüşə və qəhrəmanlıqa hazır olmağa dəvət edib.Çıxışlarda vətən sevgisi, qürur dolu duyğular xüsusi yer alıb  və  torpaqlarımızın tezliklə tamamən düşmən tapdağından azad olunacağına dərin inam hissləri ifadə olunub.

Tədbirə yekun vuran  professor Əyyub Əyyubov aprel döyüşçüləri ilə bağlı  Mingəçevir Turizm Kollecində həyata keçirilməsi nəzərdə tutulan yeniliklər barədə  şəhid doğmalarına müjdəli xəbərlər çatdırıb.O bildirib ki, kollecdə “Aprel döyüşləri” muzeyi yaradılacaq, Mingəçevirli şəhid döyüşçülər haqqında sənədli kitab hazırlanacaq,xüsusi bülletenlər buraxılacaq və şəhid ailələri ilə tələbə gənclərin davamlı görüşləri keçiriləcək.

Qonaqlar da öz növbəsində  belə bir məzmunlu tədbirin təşkilinə və  həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürlərini çatdırıb.

Esmira Hidayətova,Mingəçevir.