Milli Qəhrəmanın şərəfinə ağacəkmə aksiyası keçirilib

0
89

 Mingəçevir şəhid R.Mirabov adına 7 saylı tam orta məktəbdə Milli Qəhrəman Əlif Hacıyevin şərəfinə ağacəkmə aksiyası keçirilib. Tədbir çərçivəsində pedaqoji şuranın qərarı ilə tərbiyə işləri üzrə direktoru  müavini Ü.Allahverdiyevanın və  N.Əhmədovanın təşkilatçılığı ilə məktəbin 5 a sinfinə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adı verilib.

Bu münasibətlə keçirilən tədbirdə məktəbin direktoru Anar İsmayılov tədbirdə şagirdlərə milli qəhrəmanların həyat yolundan bəhs edib, onlara Azərbaycanın igid qəhrəmanları kimi olmağı, Vətəni sevməyi və gələcək nəsillərə bir örnək kimi yetişmələrini tövsiyyə edib.

Şagirdlər öz siniflərində qəhrəmanın adına guşə yaradıblar. Onlar əvvəlcə Milli Qəhrəman Əlif Hacıyevin şərəfinə məktəbin həyətində ağacəkmə aksiyası həyata keçirib,sonra sinifdə onun haqqında söhbət aparıblar.

Esmira Hidayətova, Mingəçevir