Mingəçevirdə qadın hüquqları üzrə seminar keçirilib

0
228

 Mingəçevirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində “Qadın hüquqları” üzrə seminar keçirilib.

Seminarın proqramına daxil olan mövzu ətrafında  ekspert Məftunə İsmayılova geniş məlumat verib. O bildirib ki, seminarın keçirilməsində əsas məqsəd qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunmasıdır.  Ekspert qeyd edib ki, bütün qadınları bir audioriyaya yığmaq mümkün deyil, ona görə də bura məktəb psixoloqlarını , ictimayyətin bir qrup nümayəndəsini dəvət etmişik: “ Güman edirəm ki,  onlar burada deyilənləri digərlərinə də çatdıracaq. O daha sonra deyib: “Çalışırıq ki, hər bir ailənin daxilində olan problemlər erkən aşkarlansın və ailədaxili problemlər vaxtında həll olunsun ki, hər hansı bir zorakılıqla və ya ailədaxili problemlə nəticələnməsin”.

Seminarda   GİZ-in layihə üzrə əməkdaşı Məlahət Mövsümova insan hüquqlarının və azadlıqlarının təmin edilməsində, bərabərlik və inkişaf strategiyasının həyata keçirilməsində bu gün ciddi maneələrdən olan məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının, qadınların cəmiyyətdə rolunun artırılmasının, sosial statusunun yüksəldilməsinin zəruri olduğunu söyləyib. Bildirib ki, yeniyetmə qızların təhsildən yayındırılması, qadınların nikah qeydiyyatına alınmaması səbəbindən onların hüquqları pozulur: “Məişət zorakılığı, onun qadın və uşaqlar arasında törətdiyi fəsadlar, əslində, milli-mənəvi dəyərlərimizə yaddır”.

Erkən nikahın böyük məsuliyyətsizlik olduğu diqqətə çatdırılaraq vurğulanıb ki, bu hal qızların psixologiyasına mənfi təsir göstərir. Bu cür qızlar ağır ailə yükünü çəkə bilmir, cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.

Seminar qarşılıqlı diskusiya şəkilində yekunlaşıb. Növbəti seminar digər rayonlarda da davam edəcək.

Esmira Hidayətova, Mingəçevir