Poroşenko Zelenskini debata çağırıb

0
113

Ukrayna prezident Petro Poroşenko prezidentliyə digər namizəd Vladimir Zelenski ilə debatın aprelin 14-də Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsini istəyir. BAunu Poroşenko “Ukrayna” telekanalına canlı müsahibəsində bəyan edib. “Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm. Düşünürəm ki, debatın axşam 19:00 başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”, – deyə Poroşenko əlavə edib.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.