İstanbulunda səslər yenidən sayılacaq

0
186

Türkiyənin Ali Seçki Komissiyası İstanbulun səkkiz seçki dairəsində bülletenləri yenidən hesablamağı qərara alıb. Anadolu informasiya agentliyi xəbər verir ki, bunu MSK rəhbəri Sədi Güvən deyib.

“Apellyasiya şikayətləri əsasında İstanbulun səkkiz seçki dairəsində səslərin yenidən sayılması barədə qərar qəbul olunub. Proses artıq başlayıb”, – deyə Sədi Güvən bildirib. Onun sözlərinə görə, səslərin yenidən hesablanması etibarsız sayılan bülletenlərə aiddir və bu, MSK-nın əvvəllər də istifadə etdiyi tam qanuni prosesdir.

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasından olan rəqibi sabiq Baş nazir Binəli Yıldırımı 0,25 faiz səslə (22 min səs) qabaqlayıb. Hakim partiya bununla bağlı İstanbulun bütün 39 dairəsində səslərin yenidən hesablanması tələbi ilə apellyasiya şikayəti edib. Həmçinin partiya İstanbulda səbəbsiz olaraq 300 minə yaxın bülletenin etibarsız sayıldığı və bu səslərin Binəli Yıldırımın qələbəsini təmin edəcəyi qənaətindədir.

Yerli seçkilərdə əsas mübarizə ənənəvi olaraq İstanbulda gedir. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 1990-cı illərdə İstanbul bələdiyyəsinə rəhbərlik edib. Seçkilərdə ölkənin iri şəhərlərində qələbə qazanmaq partiyaların əsas məqsədlərindən biridir.