Mingəçevirdə Dövlət Təhlükəsizlik Orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

0
234

Mingəçevirdə  Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdən öncə   Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Dövlət Təhlükəsizlik Xidməti şəhər şöbəsinin, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi gül qoyma mərasimindən sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında tədbir keçirilib. Tədbir iştiakçılarına Dövlət Təhlükəsizliyi Orqanlarının fəaliyyəti ilə bağlı film nümayiş olunub. Şəhər ictimaiəti nümayəndələrinin də iştirak etdiyi tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik orqanlarının yaranması və keçdiyi yol barədə çıxış edib. Sonra  Dövlət Təhlükəsizlik Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi İlham Məlikov, Dövlət Təhlükəsizlik xidmətinin veteranı Natiq Əfəndiyev və YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış ediblər.


    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin işinə yekun vuraraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Orqanlarının işçilərini və veteranlarını, eləcə də DTX-nin şəhər şöbəsinin əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik edib. Bir qrup şəhər şöbəsi əməkdaşına şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələri verilib.

Esmira Hidayətova, Mingəçevir