“Prezident və hökumət “pis” seçimini etmək qərarına gəlib”

0
245
“Hərbi əməliyyatlardan və törətdikləri hərbi cinayətlərdən başqa Rusiyanın əlində əlavə bir kart var, bu da enerji ilə bağlıdır.”
Bunu Ukrayna Baş Naziri Arseni Yatsenyuk “Reuters”ə müsahibəsində deyib.

“Onlar bizi dondurmaq istəyir, bu onların məqsədidir. Hərbi əməliyyatlardan və törətdikləri hərbi cinayətlərdən başqa Rusiyanın əlində əlavə bir kart var, bu da enerji ilə bağlıdır. Dövlətin nəzarətində olan “Qazprom” şirkəti borclara görə iyundan Ukraynaya qaz vermir. Onlar düşünürlər ki, ölkə qış aylarında əhalinin “mavi yanacağ”a olan tələbatını ödəyə bilməyəcək. Lakin bizim planımız var, bu çətinlikdən xilas ola bilərik”, –    deyə o vurğulayıb.

Şərqi Ukraynaya müvəqqəti muxtariyyətin verilməsi məsələsinə gəldikdə isə A. Yatsenyuk hökumətin bu qərarının Kiyevin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu nümayiş etdirdiyini deyib: “Biz başa düşürük ki, yalnız iki seçimimiz var: pis və daha pis. Buna görə də prezident və hökumət “pis” seçimini etmək qərarına gəlib”.

A. Yatsenyuk danışıqlarda Vladimir Putinə çox da inanmadığını bildirərək, bu səbəbdən Rusiya ilə danışıqlarda Avropa İttifaqı və ABŞ-ın olmasının vacibliyini qeyd edib.

Ukrayna Baş Naziri həmçinin rəsmi Vaşinqtonun Kiyevə hərbi yardım etməməsindən məyus olduğunu bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here