Mingəçevir Turizm Kollecində Novruz şənliyi keçirilib

0
99

Mingəçevir Turizm Kollecində Novruz bayramı münasibəti ilə coşqu dolu bayram şənliyi keçirilib. Bayram tərtibatı ilə bəzədilmiş kollec meydanında pedaqoq, tələbə, valideyin və digər dəvətli qonaqlar saatlar ərzində mahnı və rəqslərin müşayəti altında  Novruzun gəlişini bayram edib. Milli geyimli tələbələr,  qədim əmək alətlərinin nümayiş olunduğu  ekspozisiya, Novruzun  obrazlaşdırılmış rəmzləri olan Keçəl və Kosanın şux zarafatları və təbriklər şənlik boyu iştirakçıların qəlbində ən xoş təəssüratlar oyadıb.

Bayram təbriki ilə  tədbir iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin  direktoru, iqtisad elmləri dokrtoru, professor Əyyub Əyyubov hər kəsi milli bayram münasibəti ilə təbrik edib:

“Novruz xalqımızın tarixində, adət və ənənələrində dərin köklərə malik  milli bayramdır. Vaxtilə xalqımızın əsarət altında yaşadığı illərdə  bu əlamətdar təqvinim bayram edilməsi  xalqımıza yasaq edilib, milli özünüdərkin təzahürü kimi qəbul olunub. Amma yasaqlar və təqiblər xalqın iradəsi önündə zəif duruma düşüb.Azərbaycan müstəqillik qazandıqdan sonra isə artıq Novruz bayramı haqq etdiyi rəsmi bayram statusuna qovuşub. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və  fərmanları ilə Novruz ilbə il daha möhtəşəm şəkildə bayram edilməyə başladı.Həmin siyasət prezident cənab İlham Əliyevin hakimiyyəti dönəmlərindən etibarən daha da mütəşəkkil hal aldı.Bu gün dövlərtimiz dünyanın  ən sabit məmləkətləri, daim inkişaf edən qabaqcıl dövlətləri sırasında yer alır.Bütün bunlar yaşamağa, qurub yaratmağa, birliyə, bütövlüyə və şadlanmağa əsas verir.Bu təntənənənin memarı ulu öndərimiz heydər Əliyevdir.Bahar oyanışdır, təravətdir, inkişafdır,arzudur. İnanıram ki, hər birimizin ən böyük diləyi  torpaqlarımızın işğaldan azad olunmasıdır. Ümidvarıq  ki, qüdrətli ordumuz  tezliklə bu arzularımızı çin edəcək”.

Tədbir boyu təbriklər, səhnəciklər, şerlər və nəğmələr meydanda əsl bayram abu-havası yaradıb. Ulu Qorqud, Bahar qızın meydanda dövrə vurub iştirakçıları salamlaması,  bayram libaslı nazlı  xanım qızların rəqsləri, novruz inancları ilə bağlı nümayiş etdirdiyi bədii səhnəciklər, Keçəl və Kosanın zarafatları  şənliyi daha da rövnəqləndirib.Kəndir yarışması, dirədöymə milli oyunu, yumurta döyüşü çöhrələri sevinclə  bəzəyib.

Kollecin direktoru, professor Əyyub Əyyubov tədbir boyu zəngin bayram süfrəsi arxasında yer alan pedaqoq və tələbələrə yaxınlaşaraq hər birinə ən xoş təbriklərini çatdırıb. Qrup fəalları ilə yumurta döyüşdürüb.

Qorqud Atanın iştirakı ilə  möhtəşəm bayram tonqalının qalanması hər kəsin qəlbində unudulmaz cizgilər açıb. Bayram şənliyi tonqal ətrafında yallı rəqsi ilə başa çatıb.

Esmira Hidayətova