Mingəçevirdə “Ölkəmizi tanıyaq”tur-aksiya iştirakçıları ilə görüş keçirilib

0
197

Artıq altıncı  ildir ki, ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Bu cür tur-aksiyaların təşkil olunmasında əsas məqsəd ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını tanıtmaqdır. Dövlət başçısının təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında bu cür tur-aksiyaların təşkil olunması isə olduqca böyük əhəmiyyət kəsb edir. Məktəblilərin həyatında mühüm rola mailk olan “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya yenidən start verilib və bu aksiyaya mingəçevirli məktəblilər də qoşulub.  4 gün davam edəcək tur-aksiyada şəhər məktəbliləri ölkəmizin cənub bölgəsi olan Lənkəran-Masallı-Astara rayonlarının gəzməli, görməli, səfalı yerləri, tarixi memarlıq abidələri, müasir tikililəri ilə tanış olacaqlar.
Hər il olduğu kimi, bu il də “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məkrəblilərlə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşüb. Aksiya iştirakçıları ilə görüşdə çıxış edən icra başçısı  son illər respublikamızda, eləcə də şəhərimizdə  görülmüş işlərdən söz açıb.  Qeyd edib ki, artıq altıncı ildir ki, Respublika Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsində əsas məqsəd gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir:”Əziz məktəblilər, sonda demək istəyirəm ki, siz bu tur-aksiyada bir-birindən gözəl məkanlarda olacaqsınız, ölkəmizin cənub bölgəsinin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəksiniz.  Ən əsası da siz bu turda məktəbli kimi iştirak etməklə yanaşı, eyni zamanda Mingəçeviri də   təmsil edirsiniz. Sizlər öz davranışınızla elə nümunə olmalısınız ki,Mingəçevirli  olduğunuzu bir daha sübut edəsiniz. Bu tur-aksiyada sizlərin hər birinizə uğurlar və müvəffəqiyyətlər  arzulayıram”.

Görüşdə məktəbli şagirdlərdə çıxış edərək onlar üçün yaradılan bu geniş imkanlara görə Prezidentə minnətdarlıq bildiriblər.

Esmira Hidayətova,Mingəçevir.