Başçı veteranları ziyarət edib

0
219

Zaman Böyük Vətən Müharibəsi veteranlarının sıralarına “əl gəzdirsə”də, bu gün onlardan ayaqda qalanları dövlətin diqqət və qayğısı sayəsində öz ömürlərini yaşayırlar. Mingəçevirdə yaşayan Baba Əliyev,  Milan Yusifov, Ələm Məmmədov də elə Novruzda onları ziyarət etməyə gəlmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham ismayılovla bu barədə söz açıblar. Bildiriblər ki, onlar veteranlara göstərilən diqqət və qayğıdan məmnundurlar. Veteranlar gündəlik diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıq bildiriblər.

Ziyarət çərçivəsində veteranlara ərzaq bağlamaları da təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir