Belə görüşlər əsgərlərin ruh yüksəkliyini artırır

0
88

Novruz bayramı münasibətilə Mingəçevirdəki “N”saylı  hərbi hissədə şəhər ictimayyətinin nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri, orta məktəb şagirdləri  Novruz şənliyini əsgərlərlə birgə qeyd ediblər. Tədbirdə  çıxış edən icra hakimiyyətinin nümayəndəsi bayram münasibəti ilə şəhər rəhbərliyinin təbriklərini əsgər və zabitlərə çatdırıb.

Daha sonra “N”saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Cərullah Ağayev bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib. O həmçinin bildirib ki, belə görüşlər əsgərlərin ruh yüksəkliyinin və mənəvi-psixoloji hazırlığının artmasında rolu böyükdür. Diqqətə çatdırılıb ki, şəxsi heyət torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.

 Hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edən Qarabağ qaziləri  vurğulayıblar ki, min illər bundan əvvəl yaranmış mənəvi dəyərlərimizin təcəssümü olan Novruz bayramı bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Arzu ediblər ki, gələn novruz bayramı Qarabağ torpaqlarında qeyd olunsun. Mingəçevirin incəsənət ustalarının  bir-birindən maraqlı, rəngarəng musiqi  nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.

Esmira Hidayətova, Mingəçevir