Mingəçevir Turizm Kollecində iməclik keçirildi

0
74


Martın 16-da Mingəçevir Turizm Kollecində Novruz bayramına həsr olunmuş iməclik keçirildi. İməclikdə şəhərin ən böyük tədris müəssisəsi olan Mingəçevir Turizm Kollecinin bütün müəllim və tələbələri iştirak edirdi. Tədbir zamanı geniş miqyaslı abadlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur. Kollecin ərazisində, əsas tədris binasının ətrafındakı ərazidə, idman meydançasında və ona bitişik hissədə təmizlik işləri aparıldı. Bütün ərazi məişət tullantılarından təmizləndi. Səliqə-səhman yaradıldı. Kollecin həyətindəki bağçada ağacların dibləri belləndi. Bundan əlavə kollecin yerləşdiyi Samux küçəsinin böyük bir hissəsində də işlər aparıldı. Ərazi tullantılardan təmizləndi, əkilmiş ağacların dibləri belləndi, ağacların sulanması həyata keçirildi. Baharın gəlişi münasibətilə keçirilən bu iməclikdə bütün kollektiv üzvləri böyük həvəs və coşqu ilə iştirak edirdilər.

Esmira Hidayətova.