10 milyona az qaldı

0
13

2019-cu il fevral ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9988437 nəfərə çatıb. İlin əvvəlindən əhalinin sayı 6980 nəfər və ya 0,1 faiz artıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1003 qadın düşür.