Mingəçevirli idmançılar yeni uğura imza atıblar

0
66

Mingəçevir Tayçszi –Çsyuan idman sağlamlıq klubunun idmançıları bu günlərdə yarışlardan yeni uğurlarla qayıdıblar.  Belə ki,  Alpaqut Turan Döyüş sənəti üzrə idmanın sirlərinə yiyələnən mingəçevirli idmançılar  Bakı şəhərində Şağan Olimpiya  İdman Kompleksində  keçirilən  V respublika çempionatın iştirak ediblər. 40 -a yaxın idman klublarının idmançılarının iştirak etdikləri yarışda Mingəçevirdən qatılan 9 nəfər idmançıdan 5 nəfəri 1-ci yerə, 3 nəfəri 2-ci yerə, 1 nəfər isə 3 yerə layiq görülüb.

Bu barədə saytımıza karate üzrə qara kəmər ustası,  ömrünün 30 ilini  mingəçevirli yeniyetmə və gənclərin idman həyatına həsr etmiş  Alpaqut Turan Döyüş Sənəti Federasiyasının Mingəçevir şəhər şöbəsinin sədri, kinq-boksinq üzrə məşqçi və hakim, Mingəçevir Tayçszi –Çsyuan idman sağlamlıq klubunun məşqçi müəllimi Mehman Məlikov məlumat verib.

Onun sözlərinə görə, birinci yerə layiq görülənlərdən biri 9 yaşlı İbrahim Həşimovdur: “O,  8 dəfə çempion olub.  Hiss edirsən ki,İbrahim  idmanı həyatının mənasına çevirib. Odur ki, hər iştirak etdiyimiz turnirdə onun qalib gələcəyinə, ümidlərimi doğruldacağına inanıram”.

Esmira Hidayətova, Mingəçevir