Mingəçevirdə nümunəvi siniflərə Milli Qəhrəmanların adları verilir

0
137

Mingəçevirdə  “Müasir dövrdə ümümtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fəaliyyət planına əsasən nümunəvi siniflər yaradılır. Həmin nümunəvi siniflərə  Azərbaycanın Milli Qəhrəmanlarının adları verilir.    Mingəçevir 10 nömrəli məktəbin  V a sinifinə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın  adı ilə adlandırılması münasibəti ilə geniş təqdimat keçirilib. Bu barədə məktəbin 5a sinifinin rəhbəri Aytən Babayeva məlumat verərək bildirib ki, sinifimizə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın adı verilib: ”Bundan ruhlanan şagirdlər  dərslərində daha çox müvəffəqiyyət əldə etməyə çalışırlar. Sinifdə zərbəçi və əlaçı şagirdlərimiz də var.  Sinifimizdə  Salatın Əsgərovanın həyatı ilə bağlı güşə də təşkik etmişik”.

Qeyd edək ki, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. O, “Molodoy Azerbaydyana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-da Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilərin pusqusuna düşüb və qətlə yetirilib. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

  Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub.

Şuşanın kəndlərindən birinə onun adı verilib.

Esmira Hidayətova, Mingəçevir