“Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi uğurla yekunlaşıb

0
103


 Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin “Final mükafatlandırma və bağlanış mərasimi” keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov, KİV nümyəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirin ilk hissəsi “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi çərçivəsində reallaşan Debat Forumunun final oyununun keçirilməsi ilə başlayıb.
Layihənin rəhbəri Etiram Sadıqzadənin  rəhbərlik etdiyi 5 nəfərlik hakim heyətinin qərarına əsasən Mingəçevir şəhər Texniki Humanitar Liseyini təmsil edən “Demosfen” komandası forumun qalibi olub.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində 09.03.2019-cu il tarixində keçirilən forumun ilk günündə 22 komanda tərkibində 66 gənc mübarizə aparmış və Mingəçevir şəhər 3 nömrəli orta məktəbi təmsil edən “Qarabağ” komandası ilə Mingəçevir Texniki Humanitar Liseyini təmsil edən “Demosfen” komandası finala vəsiqə qazanmışdılar.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli layihənin uğurla yekunlaşması münasibəti ilə layihə komandasını təbrik edərək onlara uğurlar arzulayıb. Bu kimi debatların gənclərin inkişafında müstəsna rol oynadığını bildirən K.Nəcəfli son illər Mingəçevir debatının nəinki regionda, hətta respublikada olan uğurlarını qeyd edibi.
Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə layihə haqqında ətraflı məlumat verərək, layihənin təqdimatını edib.
E.Sadıqzadə bildirib ki, 1 təqdimat, 2 ümümi təlim, 1 mövzu təlimi, 1 şou debat, 4 hakimlərlə görüş, 18 şadirdlərlə görüş, 40 təlim-məşq, 1 debat forumu, 1 mükafatlandırma və bağlanış mərasimi olmaqla ümümilikdə 69 tədbir keçirilib və bütün bu  tədbirlərdə 457 gənc, Debat Forumunda isə 66 iştirakçı 18 təşkilat komandası olmaqla 84 gənc iştirak edib.
E.Sadıqzadə layihənin keçirilməsində dəstək olan bütün qurumlara,tərəfdaşlara, KİV-ə və xüsusi ilə layihənin təşkilat komandasına təşəkkürünü bildirərək çıxışını yekunlaşdırıb.



Tədbirin gedişində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılovun salamlarını tədbir iştirakçılarına çatdıraraq ölkədə aparılan gənclər siyasətindən, ölkə rəhbərliyi tərəfindən gənclərin diqqət və qayğı ilə əhatə olunmalarından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədəki ximdətlərindan ətraflı söz açıb.
T.Əsgərov sonda gənclərə uğurlar arzulayaraq hər zaman öz üzərlərində iştəmələrini və öz inkişafları üçün çalışmalarını tövsiyyə edib.

Tədbirdə çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov natiqlik təlimlərinin, debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışıb, bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildirib. R.Qurbanov Mingəçevirin yalnız energetiklər deyil,eyni zamanda gənclər şəhəri də olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə aparıcı və hakim qismində iştirak edən, layihənin təlimçisi Samir Şükürov gənclər tərəfindən müzakirə olunan “Müasir təlim metodlarının tətbiqi özünü doğruldur” mövzusunun əhəmiyyətinə toxunaraq aktuallığını qeyd edib və niyə məhz bu mövzunun olmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Sonda layihə çərçivəsində  reallaşan Debat Forumunun qaliblərinə kubok, medal, sertifikat, qiymətli hədiyyələr təqdim olunub.

Esmira Hidayətova