Debat Forumu yekunlaşır

0
34

Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının,

Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi çərçivəsində reallaşan Debat Forumunun yarımfinala qədər olan mərhələsi bugün uğurla yekunlaşdı.

Forumda 22 komandanın tərkibində 66 söz cəngavəri mübarizə aparırdı.

Təsnifat məhələsində daha uğurla çıxış edən 16 komanda (Şahinlər (10 nömrəli), Nur (TRHET lisey), İnqilab (13 nömrəli), İdeologiya (14 nömrəli), Qarabağ (3 nömrəli), Enigma (13 nömrəli), First Radius (TRHET lisey), Qara Qartallar (TH lisey), Simurq (TRHET lisey), Debater (10 nömrəli), Ulduzlar (6 nömrəli), Kreatos ( 16 nömrəli), Aysberq (18 nömrəli), Demosfen (TH lisey), Radius (7 nömrəli), Bermund ( 14 nömrəli) )16/1-ə vəsiqə qazandı.

 

 16/1-də keçirilən debat raundlarından sonra daha uğurla çıxış edən 8 komanda (Radius (7 nömrəli) – Şahinlər (10 nömrəli), First Radius (TRHET lisey) – İdeologiya (14 nömrəli), Demosfen (TH lisey) – Kreatos ( 16 nömrəli), Debater (10 nömrəli) – Qarabağ (3 nömrəli)

) 8/1-ə vəsiqə əldə etdi. Onlardan 4 komanda – Radius (7 nömrəli), Qarabağ (3 nömrəli), Demosfen (TH lisey) – İdeologiya (14 nömrəli)isə yarımfinala vəqisə qazandı.

Raundların yarımfinal və final mərhələləri bu gün keçiriləcək.

Esmira Hidayətova, Mingəçevir.