Yeddinci Muğam Televiziya Müsabiqəsi başlanır

0
49

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsinə bu gün start verilir.

Dörd ay davam edəcək builki müsabiqədə 20 iştirakçı qələbə üçün mübarizə aparacaq. VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır.

Münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

AzTV və “Mədəniyyət” kanalları müsabiqənin ilk həftəsini martın 12-14-də yayımlayacaq. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində “Mədəniyyət” kanalı vasitəsilə canlı olaraq yayımlanacaq.