Elmlə kamilləşir, təfəkkürlə yüksəlir

0
430

Nəticədə nəfsin arzularını ruhun istəkləri kimi qələmə verərək, bütün psixoloji sistemləri bu səhv bünövrə üzərində qururlar. Sonra da “arzularınızın qarşısına sədd qoymayın” deyirlər. Çox vaxt bu fikirlər olduğu kimi qəbul olunmağa başlayır. Beləcə, günahlar elm donuna bürünərək “qanuniləşir”. Ehtiraslarına sərhəd qoymayan azğınlar çoxalır. Zəiflər əzilir, günahsızlar ləkələnir, quzular qurdlara yem olur. Halbuki ruh başqa, nəfs başqadır. Biri bir şeydən zövq alırsa, o biri iyrənir. Nəfs günahlara meyillidir. Nəfsin lüğətində “doymaq” sözü yoxdur. Nəfs inadkardır, üsyankardır. Nəhayət, elə bir həddə gəlib çatır ki, nəfs insanı həyatın mənasını zövqdə görməyə məcbur edir, məsuliyyətdən qaçır. Qaydalar, qanunlar onun üçün heçdir. Əxlaqı da, tərbiyəni də onun üçün sevmir. Çünki onlar insana insanlığı öyrədir.

Ruh isə tamam başqadır. O, elmlə kamilləşir, təfəkkürlə yüksəlir. Allahın yaratdıqlarını görərək, Onun verdiyi nemətlər üçün şükür edir. Bu yolla keçmişin əzablarından, gələcəyin qorxularından xilas olur. Maddi şeylər üçün qoyulan zəhmətlər isə tədricən qiymətini itirir. Bu həqiqəti də ancaq ruh dərk edir.

Elə isə siz düşünün, ağanın kölə olduğu yerdə səadətdən necə danışmaq olar və ya ruhunu nəfsinin əsirinə çevirən insan necə xoşbəxt ola bilər?

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here