“Nə qədər naz-nemət içərisində yaşasaq da…”

0
315

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Xocalıdan olan şəhid ailələri ilə görüş keçirib. Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik süktla yad edilib. Daha sonra çıxış edən icra başçısı xalqımıpzın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqrımından artıq 27 il ötdüyünü bildirib: ”Mən bütün xocalılara bu faciə ilə əlaqədar  başsağlığı verir və Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə Ulu Öndər tərəfindən 1 mart 1994-cü il tarixdə siyasi qiymət verilmişdir. Bu xətt bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Xocalılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərilir. Bu gün mənim də sizinlə görüşümün məqsədi sizin problemlərinizlə maraqlanmaq, sizlərə imkan daxilində daha çox diqqət ayırmaqdır”.

Daha sonra Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Göyüş Həsənov, Baloğlan Allahyarov, Səfər Səfərov, Zahid Usubov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə öncə prezidentə daha sonra şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xocalı sakini  Zahid Usubov  deyib  ki, artıq 27 ildir Mingəçevirdə məskunlaşmışıq: ”Biz də sizlərlə doğmalaşmışıq. Dövlət tərəfindən hər çür şəraitlə təmin olunmuşuq. Amma bu o demək deyil ki, biz torpaqlarımızı yaddan çıxarırıq. Nə qədər naz-nemət içərisində yaşasaq da, biz öz torpaqlarımızı istəyirik. Artıq biz yaşlaşmışıq. Amma bizdən sonra gələn nəsil öz dədə-baba torpaqlarında yaşamalıdır”.

 

Xocalıdan olan digər şəhid ailəsi Baloğlan Allahyarov yaşadıqları qəsəbədə qarşılaşdıqları bir neçə problemdən söz açıb. Bildirib ki,  qəsəbədə aptekin olmaması onlarda ciddi problem yaradır. O, həmçinin yoldan da şikayətlənib.

Daha sonra şəhər ictimayyət nümayəndələri də çıxış ediblər.

Sonda şəhid ailəsindən olan  xocalılara şəhər İcra Hakimiyyətinin təşkil etdiyi ərzaq bağlamaları verilib.

Esmira Hidayətova, Mingəçevir