“Neftçi” “Səbail”ə uduzdu

0
465

Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turu çərçivəsində növbəti oyunlar keçirilir. TAurun mərkəzi qarşılaşması “Bakcell Arena”da keçirilib. Çempionatın lideri “Neftçi” üçüncü pillədə qərarlaşan “Səbail” komandasını qəbul edib. Orxan Məmmədovun idarə etdiyi oyun “Səbail” klubunun xeyrinə başa çatıb – 2:1.

Qonaqların heyətində Kevin Kubemba (35) və Yevgeni Koçuk (43), meydan sahiblərinin heyətində isə Baqali Dabo (56) fərqləniblər.

Beləliklə, “Səbail” bu qələbədən sonra xallarının sayını 30-a çatdırıb, hesabında 38 xal olan “Neftçi” və “Qarabağ” birinci-ikinci yerləri bölüşürlər.

Turun qapanış matçı isə çempionatın iki autsayder – “Sumqayıt”la “Zirə” arasında baş tutub. Minimal hesabla qələbə qazanan “Zirə” “zirzəmi”dən çıxıb və “Sumqayıt”ı sonuncu pilləyə göndərib.

Xatırladaq ki, 18-ci tur fevralın 23-də start götürüb. “Qarabağ” səfərdə “Sabah”la (1:1), “Qəbələ” isə öz meydanında “Keşlə” ilə (0:0) heç-heçə edib.

“Neftçi” – “Səbail” – 1:2 
Qol: B.Dabo, 56 – K.Kubemba, 35. Y.Koçuk, 43.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov.
Bakı. 8-ci km stadionu. 16:00.


Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 6. Qoran Paratski, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov36. Mamadu Kane, 4. Petru Raku, 33. Turan Vəlizadə, 32. Mirkamil Əliyev, 70. Əli Şirinov, 95. Rəhman Daşdəmirov.
Baş məşqçi: Roberto Bordin.
Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 9. İmanol İriberri, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 4. Enrike Perilyo, 3. Tamazi Tsetsxladze, 21. Oke Akpoveta, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

NKlublarOQHMT-FX
1Neftçi18115230-1338
2Qarabağ18115238-1738
3Səbail1893622-1730
4Qəbələ1866620-2024
5Sabah1863915-2321
6Zirə1845915-2717
7Keşlə18441018-2916
8Sumqayıt18431114-2615