13 saylı məktəbdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

0
508

Mingəçevirdəki 13 saylı məktəbdə  Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir  keçirilib. Tədbir  Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Xocalı faciəsini əks etdirən video çarxın nümayişindən sonra Xocalı soyqrımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Məktəbin tarix müəlliməsi Çinarə Rzayevanın 7a sinifinin şagirdləri ilə birgə hazırladıqları ədəbi-bədii kompozisiya vasitəsilə Xocalı soyqırımın dəhşətləri tədbir iştirakçılarına çatdırılıb. Şagirdlər hazırladıqları səhnəciklərdə xəyanətkar ermənilərin əməllərini məharətlə canlandıra biliblər.

Tədbirdə məktəbin direktoru Tünzalə Seyidova çıxış edərək qeyd edib  ki, 27 ildir Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir. Şagirdlərə bildirib ki, bu hadisələr zaman –zaman bizdən sonra gələn nəsillərə də ötürüləcək.Biz ermənilərin bu dəhşətlərini heç vaxt unutmayacağıq. O həmçinin qeyd edib ki, ermənilərin törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Onlar dinc şəhər sakinlərini qəddarcasına qətlə yetiriblər. Qocaları, qadınları, uşaqları süngüdən keçiriblər. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edilib. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürülüv. 150 nəfər itkin düşüb. 1275 nəfər əsir götürülüb. .

Qeyd edək ki, tədbirdə Mingəçevir şəhər Təhsil şöbəsinin metodisti Gündüz Abbasov da iştirak edib.

Esmira  Hidyaətova