Qvardiolanın yetirmələri son dəqiqələrdə qələbə topunu vurdular

0
122

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib. MAərhələnin mərkəzi qarşılaşması sayılan “Atletiko Madrid” doğma azarkeşlər önündə İtaliyanın “Yuventus” komandasını qəbul edib. Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri heyətində Xose Gimenez (78) və Dieqo Qodin (83) fərqləniblər.

Mərhələnin digər oyununda isə “Mançester Siti” “Şalke”nin qonağı olub. Dramatik keçən qarşılaşmada oyunu azlıqda başa vuran Qvardiolanın yetirmələri son dəqiqələrdə qələbə topunu vurub. “Şalke” – “Mançester Siti” (İngiltərə) oyunu qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki ilk oyunlarında “Roma” İtaliyada Portuqaliya “Portu”suna 2:1, “Tottenhem” İngiltərədə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 3:0 hesabı ilə qalib gəlib. Fransa PSJ-si İngiltərədə “Mançester Yunayted”i 2:0, İspaniya “Real Madrid”i Hollandiyada “Ayaks”ı 2:1 hesabı ilə yenib. “Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya) və “Lion” (Fransa) – “Barselona” (İspaniya) görüşləri isə qolsuz yekunlaşıb.

“Atletiko” (Madrid, İspaniya) – “Yuventus” (Turin, İtaliya) – 2:0

Ximenez, 78, Qodin, 83.

“Şalke” (Helzenkirhen, Almaniya) – “Mançester Siti” – 2:3

Bentaleb, 38 (pen.), 45 (pen.) – Aquero, 19, Sane, 85, Sterlinq, 90.