Mingəçevirdə” Fəlakət” təqdim olundu

0
346

Mingəçevir “Asan həyat” kinoklubunun Cinema Plus Mingəçevir filialında Elşən Orucovun ərsəyə gətirdiyi “Fəlakət”komediyasının təqdimat mərasimi keçirilib.  Qeyd edək ki, ekran əsəri bu günədək sevilən eyniadlı obrazın həyatından bəhs edir.

Filmin baş prodüseri Cəfər Axundzadə, prodüseri Məmməd Məmmədov, rejissoru Emil Quliyev, operatoru Orxan Abbasov, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədzadə, quruluşçu rəssamı Arif Niftiyev, ikinci rejissoru Çingiz Həsənov, geyim üzrə rəssamı Olqa Şabanova, qrim üzrə rəssamı Polina Tkaçenko, art direktoru Pərviz Babayev, səs rejissoru Ramzes, səs operatoru Sergey Netrunenko və icraçı prodüseri Azər Aydəmirdir.

Filmdə Elşən Orucov, Azər Aydəmir, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, İqrar Salamov, Orxan Ata, Ləman Mərih, Taleh Yüzbəyov, Nəsibə Eldarova, Solmaz Süleymanlı, Zaur Baliyev, Nahid Kərimli, Tural Əzizov, Ceyhun Məmmədov, Vüsalə Həsənli, Svetlana Əliyeva, Səbuhi Bayramov, Emil Mammadov, Həsən Ağa, Azər Səlimli və digərləri rol alıblar.

Ekran əsərinin süjet xəttinə gəlincə, Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılıb ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdır. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Əsərin qəhrəmanı irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı, qeyri-adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Qeyd edək ki, filmin bundan öncə Şəki şəhərində təqdimatı olub.

Esmira Hidayətova, Mingəçevir