“Qalatasaray” öz meydanında məğlub oldu

0
127

UEFA Avropa Liqasının on altıdabir final mərhələsinin oyunları keçirilib. Mərhələnin ən gözlənilməz hesabı Belarusda qeydə alınıb. BATE doğma azarkeşlər önündə İngiltərənin “Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Stanislav Draqun olub. Matçın 85-ci dəqiqəsində londonluların hücumçusu Aleksandr Lakazet qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Mərhələnin mərkəzi görüşü isə İtaliyada – “Olimpiko” stadionunda oynanılıb. “Latsi” komandası İspaniyanın “Sevilya” komandasını qəbul edib. Bu oyunda isə qonaqlar üstün olub (0:1).

Türkiyənin “Qalatasaray” komandası öz meydanında Portuqaliyanın “Benfika” komandasına məğlub olub (1:2).

Mərhələnin digər oyunlarında növbəti hesablar qeydə alınıb:

“Krasnodar” (Rusiya) – “Bayer” (Leverkuzen, Almaniya) – 0:0;

“Slaviya” (Praqa, Çexiya) – “Genk” (Belçika) – 0:0;

“Rapid” (Vyana, Avstriya) – “İnter” (İtaliya) – 0:1;

“Renn” (Fransa) – “Real Betis” (İspaniya) – 3:2;

“Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Ukrayna) – 2:2.