“Real Madrid” səfərdə qələbə qazanıb

0
4

Fevralın 13-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin növbəti iki oyunu keçirilib. Turnirin son çempionu “Real Madrid” klubu səfərdə Hollandiyanın “Ayaks” komandasının qonağı olub. Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral” klubunun heyətində Kərim Bemzema (60) və Marko Asensio, meydan sahiblərinin komandasında isə Hakim Zireç (75) fərqləniblər.

Günün digər oyunu İngiltərədə baş tutub. “Tottenhem” doğma azarkeşlər önündə Almaniyanın “Borussiya Dortmund” klubunu qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. London təmsilçisinin heyətində Son Xın Min (47), Yan Vertonqen (83) və Fernando Lyorente (86) fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 5-də keçiriləcək.