Səfir “Qızlar bacarır” layihəsinin iştirakçılarına iki top bağışlayıb

0
171

Niderland  Kralliğinin Azərbaycandakı səfiri  Onno Kerves   və  YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri   Edvard Karvardin  Mingəçevirdə səfərdə olublar.

  Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers və BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Mingəçevirdə səfərdə olublar. Qonaqları Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəbul edib. Görüşdə başçı əvvəlcə qonaqlara şəhər haqqında ətraflı məlumat verib. Qonaqlar  Mingəçevirdə bir neçə layihənin həyata keçirmək niyyətində olduqlarını bildiriblər. Başçı qonaqlara bildirib ki, bu layihələrlə tanış olduğunu qeyd edib.

Görüşdə Nidarlandla Mingəçevir arasında iqtisadi əlaqələrin qurulmasından söz açıblar. Başçı səfirə Mingəçevirdəki sahibkarlarla əməkdaşlıq etməyi təklif edib.

 

Şəhər rəhbərliyi ilə görüşüb müzakirələr aparan rəsmi qonaqlar daha sonra Mingəçevir Gənclər Evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Sosial xidmət müəssisəsinin  direktoru  Tural Kərimov onlara məlumat verib ki, hazırda  Gənclər Evinin könüllüləri  BMT –nin Uşaq Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi  “Əsas həyat bacarıqları” layihəsində, eləcə də  onların və AFFA-nin birgə dəstəyi ilə gerçəkləşdirilən “Qızlar bacarır” layihəsində fəal iştirakçı və tərəfdaş qismində təmsil olunur. Artıq  qısa zaman keçməsinə rəğmən, hər iki layihənin icrasında ciddi naliyyətlər əldə olunub. Əsas məqsəd  uşaq yeniyetmə və gənclərdə  sərbəst düşüncə,  stresdən yayınma, özünü qiymətlndirmə və digər psixoloji keyfiyyətlərin aşınması və   qadın futboluna  marağın artırılmasıdır.

Qonaqlar   ayrı-ayrı dərnəklərin, bölmələrin və digər strukturların  işi ilə yaxından tanış olaraq yeniyetmə və gənclərlə fəal müzakirələr aparıblar. Söhbət zamanı  gənclərin istəkləri dinlənilib, onlara lazımi tövsiyyələr çatdırılıb.  Qonaqlar layihələrin icrasından məmnunluq ifadə ediblər. Eyni zamanda  istedadlı uşaqlar tərəfindən işlənmiş rəsm əsərləri  rəsmi qonaqlara hədiyyə edilib.

Daha sonra  Niderland  Kralliğinin Azərbaycandakı səfiri  Onno Kerves   və  YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri   Edvard Karvardi şəhərdə fəaliyyət göstərən mətbuat nümayəndələri ilə görüşüb.

Səfər çərçivəsində növbəti görüş Yaşar Məmmədzadə adına şəhər stadionunda baş tutub. Burada  qonaqlar AFFA-ın da hərtərəfli dəstək verdiyi  “Qızlar bacarır” layihəsinin iştirakçıları ilə görüşüblər. Görüş yeniyetmə və gənc  qızlardan ibarət futbol komandasının məşqlərinə təsadüf edib. Komanda üzvləri və məşqçiləri ilə həmsöhbət olan diplomatlar  idmançı qızlarla maraqlı dialoq qurublar. Qadın futbolunun təbliğ olunmasının cəmiyyətdə bir yeniliyə və canlanmaya səbəb olacağı vurğulanıb.

Sonda Niderland Krallığının səfiri komandaya xatirə hədiyyəsi olaraq Niderlanda istehsalı olan iki top bağışlayıb.

Esmira Hidayətova,  Mingəçevir