PSJ səfərdə “Mançester Yunayted”i məğlub etdi

0
51

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə iki oyunla start verilib. Günün mərkəzi qarşılaşması İngiltərədə “Mançester Yunayted”lə Fransanın PSJ klubu arasında keçirilib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Fransa klubunun heyətində Kimpembe və Mbappe fərqləniblər.

Günün digər matçı isə Romada oynanılıb. “Roma” doğma “Olimpiko” stadionunda “Portu”dan üstün olub – 2:1. Meydan sahiblərinin heyətində Zaniolo dubl edib, qonaqlardan isə Adrian adını tabloya yazdırıb.

Bu komandalar arasında cavab qarşılaşmaları martın 6-da keçiriləcək.