Xorvatiyalı Nikola Yurçeviç futbol üzrə millimizin baş məşqçisi təyin olunub

0
9

Fevralın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilən iclasda xorvatiyalı mütəxəssis Nikola Yurçeviç futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müqavilə imzalanacaq.

İclasda, həmçinin müxtəlif yaş kateqoriyaları üzrə milli komandaların da çalışdırıcıları müəyyənləşib. Belə ki, Milan Obradoviç U-21, Samir Əliyev U-19, Miloş Velebit U-15, U-16 yaş qrupları üzrə milli komandaların baş məşqçiləri təyin ediliblər.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.