2019-cu ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri elan edildi

0
15

DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I – V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri müəyyən olunmuşdur.

DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaqdır.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcəkdir. 

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları  7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcəkdir.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib. 

TədbirTarix (2019‑cu il)
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu
Ərizə qəbulu1 – 11 fevral
İmtahana buraxılış vərəqəsinin çap edilməsi15 – 23 fevral
QƏBUL İMTAHANI – 1-ci mərhələ24 fevral
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı16 – 25 aprel
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı1 – 3 may
Proqram seçimi26 aprel – 7 may
İmtahana buraxılış vərəqəsinin çap edilməsi20 – 25 may
QƏBUL İMTAHANI – 2-ci mərhələ26 may
68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı29 – 31 may
AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat6 – 9 iyun
AMEA magistraturasına qəbul olmaq üçün müsahibə11 – 13 iyun
İxtisaslaşma  seçimi7 – 18 iyun
Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı27 iyun – 10 iyul
Boş qalan yerlərə ixtisas seçimi23 – 30 iyul
Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı15 – 23 avqust
Sınaq imtahanı (qəbul imtahanının I mərhələsi üzrə)3 fevral
Rezidenturaya qəbul
Ərizə qəbulu14 – 21 fevral
İmtahana buraxılış vərəqəsinin çap edilməsi1 – 6 aprel
QƏBUL İMTAHANI – 1-ci mərhələ7 aprel
I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı3 – 10 iyun
İmtahana buraxılış vərəqəsinin çap edilməsi10 – 13 iyul
QƏBUL İMTAHANI – 2-ci mərhələ14 iyul
İxtisas seçimi16 – 22 iyul
Qəbul olan namizədlərin qeydiyyatı29 iyul – 2 avqust
Boş qalan yerlərə ixtisas seçimi5 – 6 avqust
Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı8 – 9 avqust
Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə)16 mart
Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə)11 – 16 mart
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələri üçün)
1-ci imtahan5 may
1-ci imtahanda “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat8 – 14 may
8 – 14 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan26 may
Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı10 fevral
Ərizə qəbulu  (I – V qruplar)15 mart – 15 aprel
QƏBUL İMTAHANI – I-IV ixtisas qrupları üzrə I mərhələ (əvvəlki illərin məzunları üçün) və V qrup üzrə28 aprel
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı)12 may
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı)19 may
Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı30 may – 12 iyun
QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı)30 iyun
QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı)7 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatV qrup (bədən tərbiyəsi ixtisası üzrə) 24-28 iyun
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 24 iyun – 3 iyul
I qrup üzrə 12 – 17 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup)V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 1 – 7 iyul
V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla)7 iyul – 2 avqust
I qrup üzrə 22 – 26 iyul
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı20 – 24 iyul
Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı27 iyul – 2 avqust
Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı22 – 25 iyul
Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı1 avqust
İxtisas seçimi (I – IV qrup)24 iyul – 6 avqust
İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra))24 iyul – 6 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ)15 – 27 avqust
Boş qalan yerlərə ixtisas seçimi15 – 19 avqust
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı23 avqust – 2 sentyabr
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı14 iyul
Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu
Ərizə qəbulu22 fevral – 11 mart
QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları)31 mart
QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları)23 iyun
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat8 – 16 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı18 – 22 iyul
İxtisas seçimi24 iyul – 5 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı8 – 23 avqust
Boş qalan yerlərə ixtisas seçimi27 avqust – 2 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı4 – 11 sentyabr
Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu
Ərizə qəbulu15 mart – 15 aprel
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün)28 aprel
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat24 iyun – 3 iyul
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı12 – 17 iyul
İxtisas seçimi15 – 19 avqust
Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı23 – 29 avqust
Boş qalan yerlərə ixtisas seçimi30 avqust – 4 sentyabr
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı6 – 11 sentyabr
Buraxılış imtahanları
İlk peşə-ixtisas təhsili müəssisələri17 fevral
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı18 fevral
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət3 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət10 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət17 mart
Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)31 mart
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı5 may
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət2 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət9 iyun
Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət16 iyun
Ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)23 iyun
Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət7 aprel
Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət14 aprel
Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət21 aprel
Tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)28 aprel
Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı5 may
Dövlət qulluğuna qəbul
Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar27 yanvar, 17 fevral, 17 mart, 21 aprel, 5 may, 23 iyun, 21 iyul, 18 avqust, 29 sentyabr, 27 oktyabr, 24 noyabr, 22 dekabr
Elektron sınaq imtahanları  10 fevral