“Zirə” sonuncu pillədən uzaqlaşdı

0
12

Fevralın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna yekun vurulub. Turun son oyununda “Səbail” “Bayıl Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində ilk qolu oyunun 2-ci dəqiqəsində paraqvaylı hücumçu Xulio Sezar Rodrigez vurub. Oyunda son nöqtəni isə Sadio Tounkara 90-ci dəqiqədə vurduğu qolla qoyub.

Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran “Zirə” sonuncu pillədən uzaqlaşaraq 7-ci sıraya yüksəlib. “Səbail” isə 24 xalla üçüncü yerdədir.

Xatırladaq ki, digər matçda “Neftçi” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Fevralın 9-da keçirilmiş oyunlarda “Qəbələ” “Sabah”a 1:0, “Qarabağ” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Baqali Dabo (“Neftçi”) – 7 qol
Mahir Mədətov (“Qarabağ”) – 7 qol
Marko Deviç (“Sabah”) -7 qol
Ceyms Adeniyi (“Qəbələ”) – 6 qol
Mirabdulla Abbasov (“Neftçi”) – 6 qol