“Bu tədbir mənə daha yaxşı çalışmaq üçün əlavə stimul verdi”

0
329

Mingəçevir şəhərindəki 10 saylı “Qərənfil” körpələr evi –uşaq bağşasının müdiri Natəvan Cəfərovanın  60 illik yubileyi qeyd olunub. Qeyd edək ki,  Nat’van xanım əmək fəaliyyətinə sovet dönəmində  komsomol   komitəsində başlayıb və bağça müdürəsi vəsifəsinə kimi uğurlu yol keçib. Öz peşəsinə vurğun olan yubliyarın uzun illərin enişli-yoxuşlu  yolları müəllim ömrünə bənzərsiz naxışlar vurub. Xoş amallı ümidlərinin çiçəklənməsi ilə illəri illərə calayaraq şərəflə bu zirvəyə gəlib çatıb.

Kollektiv arasında hörmətə-izzətə sahib olan Natəvan xanımın 60 illik yubleyinə toplaşan həmkarları, rəfiqələri, tanışları yubilyarı ürəkdən təbrik edərək, sağlam ömür arzulayıblar.  Çıxışlarda dəfələrlə vurğulanıb ki, övladlarımızın həyata hazırlığı məhz ilk olaraq bağçalardan başlayır. Onlara vətən anlayışını, ilk hərfləri də elə Nətavan xanımın timsalında olan müəllimələr aşılayırlar.

Tədbirin sonunda Natəvan xanım kollektivinə, həmkarlarına təşəkkürünü bildirib: “Həyatımı sevimli peşəmə həsr etmişəm, insanlara həmişə dost, yoldaş münasibəti bəsləmişəm. Bu gün məni təbrik edən hər bir dosta, yoldaşa dərin təşəkkürlərimi bildirirəm. Onu da deyim ki, mən heç vaxt belə təmtəraq xoşlamamışam. Amma bu dəfə sizlərlə razılaşdım. Bu tədbir, təbriklər mənə daha yaxşı çalışmaq üçün əlavə stimul verdi”.

Esmria Hidayətova, Mingəçevir