“Real” “Atletiko”nu məğlub etdi

0
50

Fevralın 9-da İspaniya La Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib. Madriddə “Atletiko” doğma meydanda “Real”ı qəbul edib. Qarşılaşmanın 16-cı dəqiqəsində künc ötürməsindən sonra “Real”ın braziliyalı futbolçusu baxımlı qola imza atıb – 0:1. “Atletiko” matçın 25-ci dəqiqəsində tarazlığı bərpa edib. Antuan Qrizman adını tabloya yazdırıb – 1:1. Birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış oyunun baş hakimi meydan sahiblərinin qapısına 11 metrilik cərimə zərbəsi təyin edib. Serxio Ramos fülsəti əldən verməyib – 1:2.

Qarşılaşmanın ikinci hissəsinin 74-cü dəqiqəsində “Real” yenidən fərqlənib. Meydana sonradan daxil olan Qaret Beyl oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində “Real Madrid” xallarının sayını 45 çatdıraraq ikinci pilləyə yüksəlib, “Atletiko Madrid” isə 44 xalla üçüncü yerdə qərarlaşıb.

Turun ilk günündə keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb.

“Real Valladolid” – “Villyareal” – 0:0;

“Xetafe” – “Selta Viqo” – 3:1.